26 C
Baku
Saturday, July 27, 2024

Son ayda dövlət və özəl sahədə çalışan işçilərin sayı düşüb – RƏSMİ

2020-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67.4 min nəfər və ya 4.2 faiz artaraq 1 milyon 681.2 min nəfər olub. Aylıq müqayisədə isə azalma müşahidə edilib.

Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Onlardan 909.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 771.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Qeyd kimi bildirək ki, bir ay öncə (1 iyul) ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 695.1 min nəfər olmuş, onlardan 922.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Yəni, son bir ayda dövlət sektorunda çalışanların sayı 12.3 min (-1.3%) nəfər,  qeyri-dövlət sektorunda çalışanların sayı isə 1.6 min nəfər azalıb.

Muzdla işləyənlərin 19.5 faizi təhsil, 18.2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.1 faizi sənaye, 8.4 faizi tikinti, 8.1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 13.1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər