Son aylarda Azərbaycanda işsizlərin sayı artmaqdadır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 361.6 min nəfər olub, onlardan 5 milyon 59.1 min nəfərini məşğul əhali olub. Beləliklə, işsiz əhalinin sayı mart ayında 0.2 min nəfər artmaqla 302.5 min nəfər təşkil edib. Bu da ölkədə işsizlik səviyyəsinin son ayda 5.640%-dən 5.642%-ə yüksəlməsidir.
Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 715.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901 min nəfər, qeyri-dövlət sektorunda isə 814.8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 683.8 min nəfər çalışıb.
2023-cü il mart ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər) | |||
İqtisadi fəaliyyət növləri | Cəmi | o cümlədən | |
dövlət | qeyri-dövlət | ||
Ölkə üzrə – cəmi | 1715.8 | 901.0 | 814.8 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 61.8 | 25.0 | 36.8 |
Mədənçıxarma sənayesi | 33.5 | 11.7 | 21.8 |
Emal sənayesi | 124.5 | 17.5 | 107.0 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 27.8 | 27.3 | 0.5 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 33.3 | 30.3 | 3.0 |
Tikinti | 115.2 | 24.7 | 90.5 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 321.9 | 2.2 | 319.7 |
Nəqliyyat və anbar təsərrüfatı | 72.5 | 42.6 | 29.9 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 35.7 | 1.4 | 34.3 |
İnformasiya və rabitə | 31.3 | 13.9 | 17.4 |
Maliyyə və sığorta fəaliyyəti | 35.2 | 7.0 | 28.2 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 16.9 | 5.6 | 11.3 |
Peşə, elmi və texniki fəaliyyət | 59.9 | 31.0 | 28.9 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 86.8 | 65.6 | 21.2 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 111.6 | 106.2 | 5.4 |
Təhsil | 333.7 | 319.7 | 14.0 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 142.1 | 117.8 | 24.3 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 53.5 | 48.5 | 5.0 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 18.6 | 3.0 | 15.6 |