26 C
Baku
Saturday, July 27, 2024

Son aylarda insanlar “Rabitəbank”dan əmanətlərinin bir hissəsini geri çəkib

“Rabitəbank” ASC-nin 2020-ci ilin ilk yarımilliyi üzrə maliyyə hesabatını təqdim edib.

Banker.az xəbər verir ki, son üç ay — aprel-iyun ayları ərzində fiziki şəxslər 8.79 mln. manat (4%) bankdakı depozitlərini geri çəkmiş, portfelin həcmi 226.17 mln. manat düşüb.

Bankın ümumi depozit portfelinin həcmi 657.84 mln. manat təşkil edir ki, bunun da 431.66 mln. manatı hüquqi şəxslərdən cəlb etdiyi depozitlərdir.

“Rabitəbank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər ilin əvvəli ilə müqayisədə ilk yarmilliyin sonunda 25% və ya 25.7 mln. manat artmaqla 127.78 mln. manata yüksəlib.

Kommersiya bankının ümumi öhdəlikləri isə 828.33 mln. manatdır.

Aktivləri…

Aktivlərin həcmi 926.09 mln. manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 31% artımdır.

Koronavirus səbəbindən karantin rejiminin tətbiq edildiyi ilin ikinci rübündə “Rabitəbank”ın banklar və digər maliyyə institutlarına verilən kreditlərnin həcmi kəskin azalmaqla 10.83 mln. manata düşüb. Yəni, birinci rüblə müqayisədə bu 56% azalma deməkdir.

Bununla belə bank bu karantin günlərində qiymətli kağızlar bazarında daha aktiv iştirak edib. Belə ki, ticarət və investisiya qiymətli kağızları üzrə aktivlərin həcmi ilin əvvəli ilə müqayisədə 80% artırmaqla 54.83 mln. manata qədər artırıb.

Bankın müştərilərə verdiyi kreditin həcmi 382.53 mln. manat olub, bu da aprel və iyun aralığında cəmi 1.5% azalmadır. Kreditlərin 94.33 mln. manatı istehlak, 222.2 mln. manatı biznes və 61.17 mln. manatı isə əmlak üzrə verilən kreditlərdir.

 

Son xəbərlər
Digər xəbərlər