Son beş ayda ümumi kağız tullantılarının 50%-dən çoxu təkrar emal olunub

0

Bakının Nərimanov rayonunda son beş ayda ümumi kağız tullantılarının çox aşağı çirklənmə dərəcəsi ilə 50%-dən çoxu təkrar emal olunub.

Bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin nümayəndəsi, tullantı menecmenti üzrə məsləhətçi Artur Quasti deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onu sözlərinə görə, erkən uğura baxmayaraq, vətəndaşların bu layihədə aktiv iştirakı vacibdir. O, əlavə edib ki, yaxın iki ay ərzində pilot layihə davam edəcək və nəticələr araşdırılandan sonra layihəni hansı rayonlara yayılması haqqında qərar veriləcək.

Xatırladaq ki, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış sözügedən yeni pilot layihə icra olunur. Nərimanov rayonunda 400 ədəd konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

©APA-Economics