27 C
Baku
Saturday, July 27, 2024

Son bir ayda Azərbaycanda dedollarizasiya müşahidə edilib

Azərbaycanda depozitlərin həcmi son bir ayda azalmaqla 1 avqust 2020-ci il tarixinə 22.53 mlrd. manata qədər düşüb, bu da son 11 ayın ən aşağı rəqəmi deməkdir.

Banker.az bu barədə Mərkəzi Bankın statistik rəqəmlərinə istinadən xəbər verir.

Bu depozitlərin 9.23 mlrd. manatı milli valyutada olan depozitlər, 13.31 mlrd. manatı isə xarici valyutada olan depozitlər olmuşdur.

Milli valyutada 6.39 mlrd. manatı tələb olunanadək, 2.84 mlrd. manatı müddətli olub.

Xarici valyutada isə 5.88 mlrd. manatı tələb olunanadək, və 7.43 mlrd. manatı müddətli depozitlər olmuşdur.

Milli valyutada olan depozitlər son bir ayda 3.3% artıb, xarici valyutada olanlar isə 2.4% azalmışdır.

Son xəbərlər
Digər xəbərlər