-1 C
Baku
Saturday, December 14, 2024

Son bir ayda banklar tərəfindən əhaliyə dollar satışı 4 dəfə azalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinad edir.

Statistikaya görə, 2020-ci ilin aprel ayında banklar tərəfindən nağd 41 milyon 974 min dollar alınıb, 304 071 min dollar satılıb. 2019-cu ilin aprel ayında isə banklar tərəfindən 163 milyon 948 min dollar alınıb, 164 milyon 159 min dollar isə satılıb. Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin aprel ayında dolların alışı 74,4% azalıbsatışı isə 85% və yaxud 2 dəfə artıb.

Bildirək ki, mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən dollar satışı 4 dəfə azalıb.

Aprel ayında banklar tərəfindən 3 milyon 994 min avro alınıb, 5 milyon 250 min avro satılıb. 2019-cu ilin analoji dövrüylə müqayisədə 2020-ci ilin aprelində banklar tərəfindən alınan avronun sayında 75%, satışında isə 10 dəfə azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən bu ilin aprel ayında 156 min funt sterlinq alınıb və 675 min funt sterlinq isə satılıb.

Son xəbərlər
Digər xəbərlər