1 Mart tarixində Azərbaycanda pul bazası 9 736,1 mln manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bir ay ərzində pul bazasında 1 024.2 mln manat yəni 9% azalma deməkdir.
O cümlədən dövriyyədə olan nağd pullar da azalıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 1 444.2 mln manat və yaxud 14% azalaraq, 8 701,1 mln manat təşkil edib.
Lakin digər ehtiyyatlar üzrə artım müşahidə olunub. Belə ki, cəmi bir ay ərzində bank ehtiyyatları 423.9 mln manat artaraq 1 028,4 mln manat artıb. O cümlədən, sərbəst bank ehtiyatları 410.8 mln manat artaraq 873,3 mln manata, məcburi ehtiyatlar isə 13.1 mln manat artıb 155,1 mln manata çatıb.
Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə aşağı düşərək 89.4 %-ə bərabər olub. Qeyd edək ki, bu faiz son 5 il ərzində ən aşağı müşahidə olunmayan ən aşağı göstəricidir.







