26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021
Home Xəbərlər Bank xəbərləri Son bir ayda şirkətlər mindən çox bank hesabı açıblar

Son bir ayda şirkətlər mindən çox bank hesabı açıblar

0
Son bir ayda şirkətlər mindən çox bank hesabı açıblar

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin dekabr ayına  9 073 826 nəfər təşkil edib.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Bank müştərilərindən 8 959 725 nəfəri fiziki şəxslər, 114 101 nəfəri isə hüquqi şəxslər olub.

Dekabrda müştəri hesablarının sayı 32 min 124 ədəd artaraq 21 179 517-ə çatıb. O cümlədən, cari hesabların sayı 25 min 762 artaraq 18 240 119-a, kredit hesablarının sayı 3 398 artaraq 2 722 512-ə, depozit hesablarının sayı isə 2 964 artaraq 216 886-a yüksəlib.

2019-cu ilin dekabr ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 144 108 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 4 625 artıb. Noyabr ayı ilə müqayisədə isə 2020-ci ilin dekabrında hüquqi şəxslərin cari hesablarının sayı 1 332 artıb.