7 C
Baku
Thursday, December 12, 2024

Son bir ayda şirkətlər 3 mindən çox bank hesabı açıblar

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin fevral ayına  9 255 820 nəfər təşkil edib.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Bank müştərilərindən 9 140 197 nəfəri fiziki şəxslər, 115 623 nəfəri isə hüquqi şəxslər olub.

Fevralda müştəri hesablarının sayı 238 min 786 ədəd artaraq 21 433 401-ə çatıb. O cümlədən, cari hesabların sayı 228 min 315 artaraq 18 603 546-a, kredit hesablarının sayı 9 110 artaraq 2 607 979-a, depozit hesablarının sayı isə 1 361 artaraq 221 876-a yüksəlib.

Ötən ilin fevral ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 125 551 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 8 489 artıb. Yanvar ilə müqayisədə isə 2021-ci ilin fevralında hüquqi şəxslərin cari hesablarının sayı 3 360 artıb.

Son xəbərlər
Digər xəbərlər