16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Son bir ildə şirkətlər 20 mindən çox bank hesabı açıblar

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin mart ayı ərzində Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin sayı 86 min 662 şəxs artaraq 8 milyon 57 min 940 şəxsə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bankların müştərilərinin sayı 879 min 268 şəxs artıb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu ilin fevral ayı ilə müqayisədə martda fiziki şəxs müştərilərin sayı 85 min 890 artaraq 7 milyon 942 min 581 şəxsə, hüquqi şəxs müştərilərin sayı isə 772 şəxs artaraq 115 min 359 şəxsə yüksəlib.

Martda müştəri hesablarının sayı 168 min 487 artaraq 19 milyon 564 min 36-a çatıb. O cümlədən, cari hesabların sayı 147 min 482 artaraq 16 milyon 453 min 122-ə, kredit hesablarının sayı 18 min 375 artaraq 2 milyon 754 min 692-ə, depozit hesablarının sayı isə 2 min 630 artaraq 356 min 222-ə yüksəlib.

Ötən ilin mart ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 milyon 7 min 856, hüquqi şəxslərin cari hesablarının sayı isə 20 min 19 artıb.  

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər