2019-cu ilin yanvar-may ayları ərzində olan statistikaya görə, fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,568 olub.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə isə filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,471 olub. Belə ki, illik müqayisədə 1 bank filialı açılıb, 14 bank şöbəsi bağlanıb, 97 ATM açılıb.
Ötən ay isə bank filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub. Bu da aylıq müqayisə də onu göstərir ki, filialların sayında heç bir dəyişiklik olmayıb, 1 bank şöbəsi və 24 ATM açılıb.