19 C
Baku
Friday, October 4, 2024

Son bir ildə ölkədə kredit qoyuluşu 22% artdı

Azərbaycanda regionlar üzrə kredit qoyuluşu 16 754 796,9 min manata çatıb. Ötən ay ilə müqayisədə isə kredit qoyuluşları  159 431 min manat artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən ölkə üzrə kredit qoyuluşu 1 086 863 min manat və ya 7 % , ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 980 718 min manat və ya 22% artıb.

Hazırda ən çox kredit qoyuluşu Bakı şəhəri üzrə olub. Belə ki, Bakı şəhəri üzrə kredit qoyuluşu14 089 039,6 min manata çatıb.

Digər regionlarda isə

Abşeron iqtisadi rayonu – 537841,6 min manat, Aran iqtisadi rayonu- 928853,3 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 105845,1 min manat, Gəncə-Qazax iqtisadi rayonu – 335283,0 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 109634,5 min manat, Lənkəran iqtisadi rayonu- 281332,9 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 170280,7 min manat, Naxçıvan iqtisadi rayonu – 104650,3 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər