5 C
Baku
Saturday, December 14, 2024

Son bir ildə pensiya ödənişlərinə 5 milyard manat yönəldilib

2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Banker.az”a verilən  məlumata görə, növbəti pensiya artımları olaraq ötən il minimum pensiya 280 manata çatdırılıb. 2022-ci ildə pensiyaçılara ödənilən maddi yardımların onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğlərinin 14.7 faiz indeksləşdirilərək artırılması təmin olunub.

Həmin dövrdə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği də 17 faiz artaraq 467 manata çatıb.

Son bir ildə 31.8 min, elektron təyinat mexanizminin tətbiqinə başlandığı 2019-cu ilin əvvəlindən isə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub.

Son xəbərlər
Digər xəbərlər