12 C
Baku
Saturday, November 23, 2024

Son dörd həftədə dünyada koronavirusdan ölüm halları 47% azalıb – ÜST

Yanvarın 16-dan fevralın 12-dək dünyada 6.7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 64 mindən çox insan bu xəstəlikdən ölüb.

Ölüm hallarının sayı əvvəlki 28 gündəki ilə müqayisədə 47 faiz, yoluxma hallarının sayı 92 faiz azalıb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada koronovirusla bağlı 6.718.148 yoluxma və 64.469 ölüm faktı qeydə alınıb.

28 gün ərzində ən çox xəstələnmə halları Yaponiyada aşkar edilib (1.627.259 fakt). Sonrakı yerləri Çin (1.272.035), ABŞ (1.165.050), Koreya Respublikası (543.308) və Braziliya tutur (332.404).

Yanvarın 16-dan fevralın 12-dək ən çox ölüm halları Çində qeydə alınıb (20.979 fakt). Sonrakı yerləri ABŞ (14.326), Yaponiya (8.294), Braziliya (2.426) və Böyük Britaniya tutur (2.269).

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər