27 C
Baku
Saturday, July 27, 2024

Son dövrdə bazarda istehlak kreditləri necə dəyişib?

İllərin statistikası onu göstərir ki, banklar tərfindən verilən kreditlərin hər zaman böyük bir hissəsi isteklak kreditlərinə aid olub. Ötən il isə Mərkəzi Bank tərəfindən, bankların əhaliyə kütləvi şəkildə istehlak və avtomobil kreditləri verilməsi prosesinə məhdudiyyət qoyuldu.

İlin əvvəllərində verilən istehlak kreditlərinin sürətlə artan tempin azalması və hətta ilin ortasında nisbətən azalma müşahidə olunsa da ilin sonlarında istehlak kreditləri yenidən artdı. Hazırda ölkədə verilən kreditlərin 44%-i istehlak kreditlərinin payına düşür.

Statistika göstərir ki, son il ərzində yəni 2014-cü ildə əhaliyə 1 424.5 mln manat istehlak kreditləri verilib ki, bu da bir il ərzində 23%-ə yaxın artım deməkdir.

2014-cü il ərzində verilən kreditlərin dəyişmə tempi:

22

Bankların daha çox istehlak kreditlərinin verilməsinə meyl salmaları isə biznes bazarının büdrəməsinə səbəb yaradır. Bu isə təbii ki, ölkə büdcəsinə öz təsirini göstərir. Bankların istehlak kreditlərinə meyl etməsinin səbəbləri təbii ki, bir çoxlarına məlumdur.  İstehsal kreditləri ilə müqayisədə məbləğin kiçik olması belə kreditlərin risk səviyyəsini aşağı salır. Həmçinin istehlak kreditlərinin gəlir səviyyəsi də nisbətən yüksəkdir. Yəni istehlak kreditlərin faiz dərəcəsi daha çoxdur.

Aşağıdakı cədvəldə son 5 il ərzində istehlak kreditlərinin artım tempini görə bilərsiniz.

11

Ümumiyyətlə ölkədə verilən istehlak kreditlərinin artımı ölkə üzrə orta maaş artımından dəfələrlə çoxdur. 2013-cü ilin sonları ilə müqayisədə Azərbaycanda orta maaş göstəricisi təxminən 9% artıb. Eyni dövrlərin müqayisəsində isə istehlak kreditləri üzrə artım 23% olub. Göründüyü kimi, istehlak kreditlərinin artım sürəti, orta maaşın artım sürətini dəfələrlə üstələyir və nəticədə istehlak kreditləri qaytarılmaz hala gəlir. Bu səbəbdən də bir il ərzində vaxtı keçmiş kreditlərin 161.2 mln manat və yaxud 2% artaraq 976,3 mln manata çatması təsadüfi deyil.

Son xəbərlər
Digər xəbərlər