2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8.4% artım qeydə alınıb. Bu artımı əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar şərtləndirib.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2.3 dəfə, orta aylıq əmək haqqı 35%, median əmək haqqı 74% artıb. Bu dövrdə illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib.