12 C
Baku
Saturday, November 23, 2024

Son il Azərbaycanda mis istehsalı azalıb

Azərbaycanda mis istehsalının həcmi gözlənildiyi kimi 2023-cü ildə azalıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mis filizi istehsalı 2 121.2 ton təşkil edib və bu 2022-ci ildən 16% azdır. İstehsal edilmiş filizin 2 114.2 tonu əmtəəlik olub.

Qeyd edək ki, Azərbaycanda mis filizinin istehsalına Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” şirkətinin ilin ikinci yarısında istehsala fasilə verməsi olub. Fasilə verməsinə səbəb isə ekoloji məsələ ilə bağlı olub.

2022-ci ildə ölkə ərazisində 2 514.8 tonluq mis filizi istehsal edilmişdi.

Bu şirkət hətta strategiyasında bir qədər dəyişiklik edərək əlvan metal istehsalında daha çox misə üstünlük verəcəyini açıqlamışdı.

Son açıqlamaya əsasən, “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib. Gələcəkdə onun həcmi qiymətləndirləcək.

Son bir ildə sənayedə geniş istifadə edilə misin fyuçers qiyməti Londonun ICE birjasında bir ton üçün $8 000-$9 000 arasında dəyişib.

Son xəbərlər
Digər xəbərlər