14 C
Baku
Sunday, November 24, 2024

Son ildə Azərbaycanda ən çox bu avtomobil markaları alınır: TOP 20

Azərbaycanda 2019-cu il ərzində ən çox artım qeydə alınan avtomobil yapon avtomobil markası olan “Toyota”dır. Banker.az bu barədə 2020-ci ilin 1 yanvarına olan AzStatKom-un statistikasına istinad edir.

Ölkədə son bir il ərzində ən çox artım say baxımından “Toyota” markalı avtomobillərdə qeydə alınıb. Belə ki, il ərzində yapon markası Azərbaycanda  6 025 ədəd artımla 56 822 ədədə çatıb. Son illərdə ekonom və biznes sinifləri üzrə bu avtomobil markalarının təqdim edilməsi Azərbaycan vətəndaşları üçün daha cəlbedici olduğu görünür. Əlavə olaraq ikinci əl avtomobil kimi xaricdən əsasən “hibrid” mühərrikli kiçik həcmli minik avtomobillərinin idxalı bu artımda mühüm rol oynayıb.

İkinci sırada isə Cənubi Koreya istehsalı olan “Hyundai” markalı avtomobillərdir. Hesabat dövrünə əsasən bu avtomobillərin sayı son bir ildə 6 014 ədəd artımla 74 193 ədədə    çatıb.

Üçüncü sırada isə Almaniyada istehsal edilən və nisbətən aşağı seqmentli əhali üçün nəzrədə tutulan “Opel” markalı avtomobillər olub. “Opel” markalı avtomobillərin sayı son bir ildə 4 947 ədəd artımla 48 984 ədədə yüksəlib.

art avt 2019

Lakin faiz dinamikası baxımından isə ən çox artım Fransa istehsalı olan “Reno”larda qeydə alınıb. “Reno”lar son bir il ərzində Azərbaycandakı sayı 36.2% artıb. İkinci sırada isə Amerika istehsalı olan Chevriolet-dir -28.5%-lə.

ƏDƏDavto 2019

Son xəbərlər
Digər xəbərlər