Azərbaycanda sağlam ömür uzunluğu azalıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2019-cu ildə kişilərin sağlam ömür uzunluğu 63.6 yaş olduğu halda, 2020-ci ildə bu rəqəm 60.9 yaşa düşüb.
Qadınlarda isə bu son ildə 68.5 yaşdan 67.2 yaşa qədər azalıb.
Son illərdə hər iki cins – kişi və qadın üzrə ən yüksək göstərici 2015-ci ildə, müvafiq olaraq 64.1 yaş və 68.5 yaş olmuşdur.
Sağlam ömür uzunluğu, yaş sayı |
||
İllər | Qadınlar | Kişilər |
2013 | 67.7 | 62.9 |
2014 | 67.6 | 62.9 |
2015 | 68.5 | 64.1 |
2016 | 67.7 | 62.8 |
2017 | 67.7 | 62.4 |
2018 | 68.1 | 62.6 |
2019 | 68.5 | 63.6 |
2020 | 67.2 | 60.9 |