Azərbaycanda 2020-ci ilin mayında bu tərəfə ilk dəfə əməkhaqqı kartlarının sayı azalıb.
Banker.az-a bu barədə Mərkəzi Bankdan məlumat daxil olub.
1 iyun 2021-ci il tarixinə əməkhaqqı kartlarının sayı 2 milyon 596 min ədəd təşkil etmişdir.
Əməkhaqqı kartlarının sayı son ayda 0.4% azalmışdır.
Qeyd edək ki, sonucu dəfə 2020-ci ilin may ayında əməkhaqqı kartlarının sayı may ayında 0.4% azalma ilə 2 milyon 324 min ədədə düşmüşdü. Həmin tarixdən 1 may 2021-ci il tarixinə qədər artım davam etmiş və 2 milyon 606 min ədədə qədər yüksəkmişdi.