14 C
Baku
Thursday, March 28, 2024

“Son illər Azərbaycana gələn meksikalı turistlərin sayı 20% artıb”

“Son illər Azərbaycana gələn meksikalı turistlərin sayı 20%, Azərbaycandan Meksikaya gedənlərin sayı isə 10% artıb”. 

Report agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores deyib.

Səfirin sözlərinə görə, onlar bu rəqəmi artırmağı düşünürlər.

“Ölkələr arasında iqtisadi cəhətdən möhkəm əlaqələr qurulub. Məsələn,  Meksikadan Azərbaycana Tekila ixrac olunur və bu ixracın həcmində artım müşahidə olunur. Belə ki, 2016-ci ildə 5 maşın tekila gətirilibsə, artıq son illər bu say minlərlə hesablanır”, – deyə Flores bildirib.

Xatırladaq ki, 2018-ci ildə Meksikaya Azərbaycandan 506 turist gedib, Meksikadan isə Azərbaycana 622 turist gəlib. 2017-ci ilə nisbətən həmin göstəricilərin müvafiq olaraq 19,06 və 8,93 faiz artıb.

Azərbaycanlı turistlərin paytaxt Mexiko Siti ilə yanaşı, daha çox Riviera Maya kurort mərkəzinə üz tuturlar. Qeyd edək ki, bu il avqust ayından İstanbul – Kankun təyyarə reysinin açılması nəticəsində iki ölkə arasında turist axınının daha da artacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər