Son illər ərzində banklara qoyulan əmanətlərin artım tempini nəzərə alsaq, bankların əhalidə etibar yaratdığını deyə bilərik.
Banker.az portalı olaraq son 5 il ərzində banklara qoyulan əmanətlərin həcmində baş verən dəyişiklikləri diqqətinizə çatdırmaq istərdik.
Digər ölkələrlə müqayisədə əmanətlər üzrə faiz dərəcələri ölkəmizdə yüksəkdir. Faiz dərəcələrinin yüksək olması isə insanlarda banka əmanət qoymağa maraq yaradır. Bu səbəbdən də Mərkəzi Bankın son hesabatına əsasən deyə bilərik ki, 9 milyondan çox əhalisi olan ölkəmizdə əmanət hesabı açan şəxslərin sayı 58 5374 ədəd, əmanətlərin həcmi isə 6 940 035,4 min manat təşkil edir. təbii ki, bir fakt da var ki, bu rəqəmlər son illər ərzində bu qədər böyüyüb. Rəqəmlərdə baş verən dəyişiklikləri son 5 ilin müqayisəsində aydın şəkildə görə bilərsiniz.
Beləliklə, son 5 il ərzində depozit hesablarının sayı 384 737 ədəd, əmanətlərin həcmi isə 4 554 235 min manat artıb.
Cədvəldən də görüldüyü kimi son 5 il ərzində cəlb olunmuş əmanətlərdə ciddi artımlar baş verib. Bu da əhalinin indi banklara daha çox etibar etməsindən irəli gəlir. Həmçinin bildiyimiz kimi banklara qoyulan əmanətlərin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiyası ödənilir.
Banklara inanaraq əmanət yerləşdirənlərlə yanaşı digər bir kütlə də var ki, pullarını banklara yerləşdirməyin tərəfdarı deyil. Buna səbəb onların banklara etibar etmədiklərini demək də o qədər düz olmazdı. Çünki bunun digər səbəbləri də ola bilər. Misal üçün digər səbəblərdən biri əhalinin müəyyən qisminin banklarla işləmək təcrübəsi yoxdur və buna görə də əmanətlərini banka qoymağa risk etməməsi və ya vəsaitini evdə saxlandıqda bundan istədiyi vaxt istifadə edə bilməsi və yaxud isə əsas səbəb kimi banka qoyulan pul vaxtından əvvəl götürülsə bu zaman vətəndaş müəyyən cərimələr ödəməli olmasıdır.
Mərkəzi Bankın rəqəmlərinə diqqət yetirsək, əmanətlərin banklara qoyulmasında hər il ötən ildəkinə nisbətən 25% -ə yaxın artım var. Hər halda, bu gün ölkəmizdə bir çox sahələrdə inkişaf olduğu kimi, bank sistemində də inkişaf var.
Əmanətləri sığortalanması haqqında qısaca statistikanı da diqqətinizə çatdırmaq istərdik. Beləliklə, 2011-ci il ilə müqayisədə 2012-ci ildə fiziki şəxslərin cəmi əmanətləri 28% (1 050 mln.manat), qorunmayan əmanətlər 16% (242 mln.manat), qorunan əmanətlər isə 36% (808 mln.manat) artmışdır.
2014-cü ilin birinci rübündə fiziki şəxslərin cəmi əmanətlərinin həcmi 6 milyard 77 milyon manat olub ki, bunun da cəmi 1 milyard 947 milyon manatı, yəni 32 faizi kompensasiya olunan əmanətdir. Bu göstərici 2014-cü ilin ikinci rübündə əmanətləri 6 milyard 335 milyon manat olub və kompensasiya olunan əmanətlər 1 milyard 931 milyon manata, yəni 30 faizə düşüb.