Gündəlik olaraq həyatımızda,müxtəlif sərfəli şərtlərlə kreditlərin təklif olunduğu reklamlara rast gəlirik. Maddi vəziyyəti pisləşən və ya təcili pula ehtiyac duyan şəsxlərin də ilk olaraq ağlına həmin reklamda olan kredit gəlir. Düzdür, bəzən bankın tələbləri ilə reklamda təqdim olunan şərtlər üs-üstə düşməyə də bilir.
Hazırda bəzi insanlar bankdan kiçik məbləğdə belə, istehlak kreditləri əldə edirlər. Lakin, sonradan əldə etdikləri kreditləri geri ödəməkləri ilə bağlı problemlər yaşayırlar. Kredit sistemində əhalini narahat edən əsas məsələ isə təbii ki, kredit faizlərinin xarici ölkələrlə müqayisədə yüksək olması, kredit şərtlərinin mürəkkəbliyi və bəzi neqativ halların mövcudluğudur. Lakin şərtlərin çətin olmasına və yaxud faizlərin yüksək olmasına baxmayaraq, əhalinin kreditə olan marağı və yaxud ehtiyacı azalmır.
Hazırda ilin əvvəlindən ölkədə fəaliyyət göstərən banklar kredit qoyuluşlarını ilin əvvəlindən 2 147 mln manat, yəni 14% artaraq, 17 631,6 mln manata çatdırıblar.
Son statistik açıqlamalara əsasən, istehlak kreditləri üzrə verilən kreditlər isə ümumi kredit qoyuluşunun 42% -ni təşkil edib. İlin əvvəlindən istehlak kreditləri üzrə kredit qoyuluşu 947 mln manat, 15% artıb. Son bir neçə il üzrə də ən çox kredit qoyuluşları istehlak kreditləri üzrə olub. Belə ki, 2013 –cü ildə ümumi kredit qoyuluşunun 41%, 2012-ci ildə 36%-ni, 2011 –ci ildə isə qoyulan kreditlərin 34%-ni istehlak kreditlərinin payına düşüb.
Milyon manat
Cədvəldən də göründüyü kimi, son illərdə istehlak kreditləri üzrə kredit qoyuluşları nisbətən çoxalıb. İstehlak kreditlərindən başqa, bankların ən çox kredit verdiyi sahələrə Ticarət və xidmət sektoru, və İnşaat əmlak sektorları daxildir. Bu sahələrdən, ümumi kredit qoyuluşları üzrə Ticarət və Xidmət sektoru kredit qoyuluşunun 15%-ni, İnşaat əmlak sektoru isə 14%-ni təşkil edib.
Ekspertlər isə bildirirlər ki, istehlak kreditlərinin verilməsində bankların da marağı çoxdur. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq üçün istər hüquqi, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit bazarına müraciətlərini asanlaşdırmaq üçün həyata keçirilən çoxsaylı kompleks tədbirlər nəzərə alınmalıdır. Bu istiqamətdə isə atılacaq ilk addımlardan biri bank faizlərinin aşağı salınmasıdır.
Lakin bir məsələ də həqiqətdir ki, dünya maliyyə böhranı da məhz istehlak kreditlərinin həddindən artıq çox verilməsi səbəbi ilə başlayıb və daha sonra isə bu böhran iqtisadiyyatın digər sahələrinə də keçib. İstehlak kreditləşməsi sahəsində banklar tərəfindən verilən kreditlər və aparılan işlər nəticəsində əhalinin borclanmasına gətirib çıxarır.