Son illərdə ilk dəfə: Çindən Azərbaycana smartfon idxalı düşür, onu bu ölkə əvəzləyir

Azərbaycanın smartfon idxalı 2026-cı ilin ilk 3 ayında illik ifadədə həcm baxımından azalsa da, dəyər baxımından artıb.

Banker.az xəbər verir ki, ölkəyə 236 min ədəd smartfon idxal edilib ki, bu da 2025-ci ilin eyni dövründəki 262 min ədəd ilə müqayisədə 9,8% azalma deməkdir. Buna baxmayaraq, idxalın dəyəri 82.8 milyon dollardan 107.9 milyon dollara yüksələrək 30,2% artıb.

Orta idxal qiyməti bir il əvvəlki 316.8 dollardan 457.4 dollara yüksəlib ki, bu da 44,4% artım deməkdir.

Ölkələr üzrə Çin əsas təchizatçı olaraq qalır. Çindən idxal 213 minədəddən 171 min ədədə düşərək 19,8% azalıb, dəyəri isə 62 707 min dollardan 80 135 min dollara yüksəlib.

Vyetnamdan idxal 44 min ədəddən 60 min ədədə çataraq 37,6% artıb, dəyəri isə 18 milyon min dollardan 24 507 min dollara yüksəlib. Hindistandan idxal 4 488 ədəddən 4 814 ədədə yüksələrək 7,3% artım göstərib.

Son xəbərlər
Digər xəbərlər