9 C
Baku
Friday, December 13, 2024

Son illərdə nağdsız ödənişlərə münasibət necə dəyişib?

Son illərdə əhalinin nağdsız ödənişlərə tələbatı artıb. Bildiyiniz kimi nağdsız ödəniş –nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir. Yəni, daha dəqiq desək, qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsi ilə həyata keçirilir.

Nağdsız pul dövriyyəsi aşağıdakılar aşağıdakı subyektlər arasında hesablaşma aparmağa icazə verir.

  • Kredit təsisatlarında hesabları olan müxtəlif sahibkarlıq formasına malik müəssisələr, institutlar, təşkilatlar;
  • Hüququ şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı;
  • Hüquqi şəxslər və əhali əməkhaqqıları və qiymətli kağızları üzrə gəlirlərin əldə olunmasına görə
  • Fiziki və hüquqi şəxslər dövlət xəzinəsi ilə vergi, rüsum və digər icbari ödənişlərin verilməsinə görə;

2015-ci ilin 1 Fevral tarixində Azərbaycanda bankomatların sayı 2 618, POS-terminalların sayı isə 74 584ədəd təşkil edib. Aşağıdakı cədvəldə illər üzrə bankomatların və Pos terminalların artım dinamikasını görə bilərsiniz.

 Bankomatlar və Pos-terminallar (dövrün sonuna)

Capture

Debet və kredit kartları ilə aparılan əməliyyatlar

Capture4

Ödəniş kartlarının sayında artım olmasına baxmayaraq, son aylar debet və kredit kartları ilə aparılan əməliyyatların sayında və həcmində azalma qeydə alınıb. Həmçinin əməkhaqqı kartlarının sayında da azalma müşahidə olunub.

Nağdsız ödənişlərin həcmi ölkədəki məhsul dövriyyəsi, qiymətlərin səviyyəsi, hesablar və həmçinin bölüşdürücü və təkrar bölüşdürücü münasibətlərdən asılıdır. Nağdsız ödənişlərin payının artırılması bizə «kölgə iqtisadiyyatının» bir hissəsindən qurtulmaq imkanı verəcək. Digər ölkələrin də təcrübəsi bunu göstərir.

Dünyanın bütün inkişaf etmiş ölkələrinin təcrübəsi isə göstərir ki, ödəniş kartları vasitəsi ilə hesablaşmaq daha sərfəlidir, nəinki nağd. Birinci üstünlük, ticarət şəbəkəsində endirim əldə etmək imkanıdır. İkinci isə bu pullar təhlükəsizlikdədir, onlar bir növ müdafiə olunur.

Son xəbərlər
Digər xəbərlər