“Unibank KB” ASC-nin hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin həcmi depozitlərin həcmi son üç ayda azalıb.
Banker.az xəbər verir ki, bu barədə Bankın 2023-cü ilin 3-rübə olan məlumatında rəqəmlərə istinad edir.
Məlumata görə, üçüncü rübün əvvəli hüquqi şəxslərdən cəlb etdiyi depozit portfelinin həcmi 266 milyon 167 min manat olduğu halda, rübün sonuna 245 milyon 727 min manata düşüb.
Bununla da son rüb ərzində (iyul-sentyabr) şirkət və təşkilatlardan cəlb etdiyi depozitlərin həcmi -20 milyon 440 min manat və ya 8% azalıb.
Qeyd edək ki, 1 sentyabr tarixinə bankın balansında müştərilərdən cəlb edilən 1 milyard 124 milyon 205 min manat cəmi depozitlər var. Bu da rüb ərzində 2% artımdır.