-3 C
Baku
Sunday, December 15, 2024

Son rübdə hüquqi şəxslərin “Unibank”dakı depozitləri azalıb

“Unibank KB” ASC-nin hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin həcmi depozitlərin  həcmi son üç ayda azalıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2023-cü ilin 3-rübə olan məlumatında rəqəmlərə istinad edir.

Məlumata görə, üçüncü rübün əvvəli hüquqi şəxslərdən cəlb etdiyi depozit portfelinin həcmi  266 milyon 167 min manat olduğu halda, rübün sonuna  245 milyon 727 min manata düşüb.

Bununla da son rüb ərzində (iyul-sentyabr) şirkət və təşkilatlardan cəlb etdiyi depozitlərin həcmi -20 milyon 440 min manat və ya 8% azalıb.

Qeyd edək ki, 1 sentyabr tarixinə bankın balansında müştərilərdən cəlb edilən  1 milyard 124 milyon 205 min manat cəmi depozitlər var. Bu da rüb ərzində 2% artımdır.

Son xəbərlər
Digər xəbərlər