Son sutkada 1022 nəfər koronovirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Banker.az”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.