Azərbaycanda koronavirusa 48 yeni yoluxma qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.
Banker.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Məlumata görə, koronavirus analizi nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 819 nəfər müalicə olunaraq sağalıb, 9 687 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.
Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 481, bu günə qədər isə ümumilikdə 6 692 062 test icra olunub.