20 C
Baku
Saturday, October 12, 2024

Son sutkada Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçib

Bu gün Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçib.

Banker.az xəbər verir ki, koronavirus infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ölkədə indiyədək  ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı isə 62 308 nəfərdir.

Həmçinin qeyd edək ki, Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 2 milyonu keçib. Belə ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.

Son xəbərlər
Digər xəbərlər