10 C
Baku
Thursday, December 12, 2024

Son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1855 yeni yoluxma faktı qeydə alınıb, 2199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.Gürcüstanda seçkilərin ilkin nəticələri məlum olub

İndiyədək ölkədə ümumilikdə 550446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511400 nəfər müalicə olunaraq sağalıb, 7320 nəfər vəfat edib, aktiv xəstə sayı 31726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9002, ötən müddət ərzində isə ümumilikdə 5301252 test aparılıb.

Son xəbərlər
Digər xəbərlər