33 C
Baku
Wednesday, July 17, 2024

Son üç ayda “ASB Bank”ın müştəriləri depozitlərin bir hissəsini geri çəkib

Son üç ayda “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) müştəriləri ordakı depozitlərinin bir hissəsini çıxarıb, azalmada əsas səbəb tələbli depozitlərlə bağlıdır.

Bu barədə Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, 1 aprel tarixinə 507.93 mln. manat müştəri depozitləri olduğu halda, 1 iyul tarixinə azalaraq 456.47 milyon manat təşkil edib. Yəni, 10.1% azalıb.

Depozitlərin 93.1 milyon manatı müddətli, 363.37 milyon manatı tələbli depozitlər təşkil edib.

Qeyd edək ki, ASB Bankın öhdəliklərinin həcmi 629.85 milyon manatdır.

5345435454353

Son xəbərlər
Digər xəbərlər