Son üç ayda “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) müştəriləri ordakı depozitlərinin bir hissəsini çıxarıb, azalmada əsas səbəb tələbli depozitlərlə bağlıdır.
Bu barədə Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, 1 aprel tarixinə 507.93 mln. manat müştəri depozitləri olduğu halda, 1 iyul tarixinə azalaraq 456.47 milyon manat təşkil edib. Yəni, 10.1% azalıb.
Depozitlərin 93.1 milyon manatı müddətli, 363.37 milyon manatı tələbli depozitlər təşkil edib.
Qeyd edək ki, ASB Bankın öhdəliklərinin həcmi 629.85 milyon manatdır.