25 C
Baku
Monday, July 14, 2025

Son üç ayda Azərbaycan iqt.-na yatırım edən ölkələr məlum olub

2020-ci ilin ilk üç ayı ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 1 milyard 225,9 milyon manatı xarici müəssisə və təşkilatlar vəsaitləri ilə gerçəkləşib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən bildirir.

Qoyulmuş investisiyanın 90,3 faizi, yəni, 1107,5 milyon manatı Böyük Britaniyanın yatırımları ilə baş tutub.

Bundan əlavə qalan 9,7% isə ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur.

Daxili və xarici mənbələrdən
əsas kapitala yönəldilmiş vəsaitlər
2020-ci il Daxili mənbələr üzrə Xarici mənbələr üzrə
mln. manat ümumi yekunda xüsusi çəkisi,% mln. manat ümumi yekunda xüsusi çəkisi,%
Yanvar 609,1 61,1 387,6 38,9
Fevral 536,3 55,4 432,2 44,6
Mart 558,1 57,9 406,1 42,1

2020-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 58,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,4 faizini əsaslı təmir, 8,2 faizini cari təmir, 22,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 87,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Son xəbərlər
Digər xəbərlər