7 C
Baku
Thursday, December 12, 2024

Son üç ildə “Silk Way West Airlines” səhmdarlarına 1 mlrd. manata yaxın dividend ödəyib

“Silk Way Holding”ın aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2022-ci ildə də xalis mənfəətindən səhmdarlarına dividend ayırmağaı davam etdirdi.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Silk Way West Airlines” 2022-ci ildə 127.54 mln. manat həcmində bölüşdürülməmiş mənfəətindən səhmdarlarına dividend ayırıb.

Son üç ili götürdükdə: 2020-ci ildə 166.94 mln. manat; 2021-ci ildə 680.2 mln. manat və 2022-ci ildə isə 127.54 mln. manat həcmində dividend ödəyib. Beləliklə, son üç ildə səhmdarlarına cəmi 974.68 mln. manat həcmində dividend ayırıb.

“Silk Way West Airlines” 2022-ci ildə 939.88 milyon manat xalis mənfəət əldə edib, öncəki ildə isə xalis mənfəəti 920.23 mln. manat olmuşdu.

Aviaşirkətin balansında 2022-ci ilin sonuna 988.14 mln. manat həcmində bölüşdürülməmiş mənfəəti var.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” MMC 2012-ci ildə təsis edilib. Hazırda 175.8 mln. manat nizamnamə kapitalı var. Bu səhmnlərin böyük hissəsi “Silk Way Aviaşirkəti” MMC-yə və qalan 3.59 mln. manatlıq səhmi “Silk Vey Development” MMC-yə məxsusdur. Qrupa son nəzarət edən tərəf Zaur Axundovdur.

“Silk Vey Vest Aviaşirkəti”nin əsas məqsədi və predmeti hava nəqliyyatı ilə yükləri daşımaq, nəqliyyat xidmətlərini həyata keçirmək, müştərilərin tələbatlarını beynəlxalq nolmalara uyğun olaraq ödəmək, aviasiya xidmətləri bazarını daha da genişləndirmək və təkmilləşdirmək,eləcə də:
– pul sazişləri;
– interlayn sazişləri;
– yer blokları haqqında sazişlər;
– mülki aviasiya sahəsində beynəlxalq sazişlərdə və konvertasiyalarda nəzərdə
tutulmuş digər əməkdaşlıq formaları üzrə fəaliyyət göstərməkdir.

Son xəbərlər
Digər xəbərlər