23 C
Baku
Tuesday, April 23, 2024

“Sony” 7.8 milyon “PlayStation 5” satıb

Yaponiyanın “Sony” şirkəti təqdim olunduğu gündən bəri 7.8 milyondan çox “PlayStation 5” satıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkət illik gəlirinin rekord 3.14 milyard dollar təşkil etdiyini bildirib.

Xatırladaq ki, “PS5” 2020-ci ilin noyabr ayında təqdim edilib və ilin sonunda 4.5 milyonluq tirajla satılıb. Beləliklə, yanvar-mart aylarında satılan “PS5″lərin sayı 3.3 milyon olub. Eyni zamanda keçən kvartalda dünyada 1 milyondan çox “PlayStation 4” satılıb. Ümumilikdə, satılan “PS4”lərin sayı 115.9 milyonu ötüb.

Daha əvvəl Amerikanın marketinq şirkəti “NPD Group” “PlayStation 5”i ABŞ tarixində ən sürətli satılan konsol adlandırıb. Qeyd edək ki, konsolun buraxılandan sonra beş ay ərzindəki nəticələr nəzərə alınır. “PS5” həm satılan konsolların sayı, həm də əldə edilən gəlir baxımdan liderlik edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər