13 C
Baku
Saturday, November 23, 2024

“Sony” elektromobil bazarına çıxır

“Sony” yayda elektromobil bölməsi yaradacaq, bu barədə şirkətin press-relizində deyilir. Qeyd edək ki, şirkət rəhbəri Keniçiro Yoşida elektrikli avtomobil bazarına çıxmaq niyyətini Las-Veqasda keçirilən “Consumer Electronics Show” sərgisində açıqlayıb.

Banker.az xəbər verir ki, 2020-ci ildə “CES” sərgisində “Sony” əvvəlki “Vision-S” elektrikli avtomobilin prototipini təqdim etmişdi. Həmin ilin dekabrında avtomobil ilk dəfə Avropa yollarında sınaqdan keçirilmişdi. İndi şirkət “Vision-S”in inkişafında yeni mərhələnin başladığını vurğulayır.

Salonda əyləncə, o cümlədən audiosistemi və “PlayStation” vasitəsilə oyunlar oynamaq imkanı olacaq.

Xatırladaq ki, 2021-ci ili sentyabrında “Apple” 2024-cü ildə elektrikli avtomobillərin istehsalına başlamağı planlaşdırdığını açıqlayıb. Korporasiya Yaponiya və Cənubi Koreya tədarükçüləri və istehsalçıları ilə danışıqlar aparıb.

Son xəbərlər
Digər xəbərlər