-1 C
Baku
Sunday, December 15, 2024

Sony PC biznesini satır

Bloomberg agentliyinin verdiyi məlumata görə, Sony şirkəti kompüter istehsalı bölməsini 490 milyon dollara satmağı planlaşdırır. Hələ ki, alıcı qismində əsas namizəd olaraq Japan Industrial Partners fondu göstərilir. Gümanlara görə, fond Sony biznesinin əsasında yeni şirkət yaradacaq və yapon istehsalçı şirkəti burada kiçik səhm paketinə sahib olacaq.

Bununla yanaşı, Sony VAIO brendi adı altında öz noutbuklarını buraxmağa davam edəcək. Belə hesab edilir ki, nəticədə şirkət brendin strategiyasını qoruyub saxlaya bilər və bu brend adı altında smartfon və planşetlər istehsal edilə bilər.

Təxminlərə görə, bu şirkətə mobil telefon bazarında Samsung və Apple ilə layiqli rəqabət aparmaq şansı yaradacaq.

Qeyd etmək lazımdır ki, hazırda Sony şirkətinin kompüter istehsalı biznesi çökmüş vəziyyətdədir. Məhz buna görə şirkətin rəhbəri Kadzuo Hirai bunu şirkətin inkişaf etməsində aparıcı prioritetlərdən biri hesab etmir. Bunun əvəzində Sony əsas diqqəti foto və video texnika, video oyunları, mobil cihazlar və həmçinin tibbi avadanlıqlar istehsalına yönəldəcək.

Son xəbərlər
Digər xəbərlər