Yaponiyanın “Sony” şirkəti iyun ayında “PlayStation Now” ilə birləşdiriləcək yenilənmiş “PlayStation Plus” xidmətini təqdim edəcəyini açıqlayıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Verilən məlumata görə, xidmət ödənişli olacaq və aylıq abunə haqqı 10-18 dollar arasında dəyişəcək.
“PS Plus Extra” əlavə olaraq “PlayStation 4” və “PlayStation 5” konsollarında, o cümlədən eksklüziv “Sony” oyunları da daxil olmaqla 400-dən çox video oyun oynamağa imkan verəcək.
“Sony”nin CEOS-su Cim Rayanın sözlərinə görə, yeni eksklüziv oyunlar rəqib “Microsoft Game Pass” xidmətindən fərqli olaraq avtomatik olaraq abunəliyə düşməyəcək. “PS Plus Extra”nın qiyməti ayda 15 dollar təşkil edəcək.