14 C
Baku
Sunday, November 27, 2022

“Sony” şirkəti “Bungie” oyun studiyasını 3.6 mlrd. dollara alıb

Yaponiyanın “Sony Interactive Entertainment” (SIE) şirkəti “Halo” və “Destiny” oyun seriyalarını yaradan “Bungie” oyun studiyasını aldığını elan edib.

Banker.az xəbər verir ki, ilkin məlumatlara görə, müqavilənin dəyəri 3.6 milyard dollar təşkil edir. Yeni sahib “Halo” və “Destiny” tərtibatçılarını gələcək layihələrinin buraxılması üçün platforma seçimində məhdudlaşdırmağı planlaşdırmadığını vurğulayır.

“SIE-də gördüyümüz hər işdə bizi qeyd-şərtsiz dəstəkləyən tərəfdaş tapdıq”, – deyə “Bungie” nümayəndələri qeyd edib.

“Sony” bildirib ki, “Bugie”nin uğurlu françayzinq təcrübəsi onun portfelini tamamlayacaq.

“Son bir il ərzində biz dünya üzrə 17 studiya açmışıq. Yeni əlavələr bizə IP əhatəmizi genişləndirməyə, maraqlı yeni oyunlar inkişaf etdirməyə və bilik mübadiləsi və əməkdaşlıq vasitəsilə PS5-in texniki imkanlarından daha çox yararlanmağa kömək edəcək”, – deyə “PlayStation”un rəhbəri Hermen Halst söyləyib.

“Bungie” artıq öz platformalarına sahib olan böyük korporasiyaların bir hissəsi olub. 200-ci ildən 2007-ci ilə qədər dtudiya “Microsoft”un törəmə şirkəti sayılıb, sonra isə “Activision” ilə əməkdaşlıq etməyə başlayıb.

Yanvarın əvvəlində “Microsoft” korporasiyası “World of Warcraft” və “Diablo” video-oyunlarının tərtibatçısı “Activision Blizzard” şirkətini 68.7 milyard dollara alıb.

Son xəbərlər
Digər xəbərlər
X