10 C
Baku
Thursday, December 5, 2024

“Sony” şirkəti “Crunchyroll” striminq xidmətini 1,2 mlrd. dollara alır

“AT&T” aktivlərini optimallaşdırmaq səyləri çərçivəsində “Crunchyroll” xidmətini 1,2 milyard dollara “Sony” şirkətinə satır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, razılaşma sayəsində “Sony” 3 milyon abunəçi və 90 milyondan çox qeydiyyatdan keçmiş istifadəçi əldə edəcək.

2006-cı ildə qurulan “Crunchyroll” anime sahəsini hədəf alan ilk striminq xidmətlərindən biridir. Daha əvvəl xidmət “The Chernin Group”a məxsus olub, 2018-ci ildə isə “AT&T” şirkətinə satılıb.

Baş direktor Ceyson Kilara biznesini optimallaşdırmaq məqsədi ilə yayda alıcı axtarışına başlayıb. Bununla o, 180 milyon dollara çatan borcunu ödəmək istəyir.

Son xəbərlər
Digər xəbərlər