7 C
Baku
Sunday, December 15, 2024

“Sony” şirkəti dron istehsalı bazarına çıxdığını açıqlayıb

“Sony” şirkəti dron istehsalı bazarına çıxdığını açıqlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, dronlar “Airpeak” adı altında istehsal ediləcək, layihə özü isə 2021-ci ilin yazında işə salınacaq.

Layihənin təfərrüatları hələ açıqlanmayıb. “Sony” pilotsuz təyyarələrin çoxalması ilə əlaqəli sənaye və yaradıcılıq sektorlarındakı dəyişikliklərdən ilham aldığını açıq.

“Airpeak əyləncə sənayesinin gələcək inkişafına töhfə verməyə çalışan yaradıcı insanlara maksimum dərəcədə dəstək olmağa çalışacaq, eyni zamanda müxtəlif sahələrdə səmərəliliyi və xərc qənaətini artıracaq”, – şirkətin mesajında deyilir.

“Yaxın gələcəkdə” “Sony” layihə üçün tərəfdaş axtarmağa başlamağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər