11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

“Sony” smartfonlar üçün VR-qarnitur təqdim edib – Qiyməti $260

“Sony” şirkəti “Xperia” smartfon modelləri üçün VR-qarnitur təqdim edib.

Banker.az xəbər verir ki, eynəklər yalnız “Xperia 1 III” və “Xperia 1 II” telefonları ilə işləyir. Hər iki cihaz 4K formatını dəstəkləyir və bu seqmentdə ixtisaslaşan “Pico” və ya “DPVR” keyfiyyəti ilə ayaqlaşır.

sony1

Yenilik 120 dərəcəlik üfüqi baxış bucağı təmin edir. Eynəklərin linzaları yüksək fokuslanma effektivliyi olan hibrid struktura və obyektivdən linzaya qədər olan məsafənin tənzimlənməsi funksiyasına malikdir.

Qarnitur ilə işləmək üçü yaponlar xüsusi “Xperia View” tətbiqini yaradıblar. İstifadəçi izlədiyi kontenti sensorlu ekrana toxunaraq idarə edə biləcək. Kursoru səs və ya kamera düymələri vasitəsilə sürüşdürmək mümkündür.

sony2

Cihaz “Sony”nin onlayn mağazasında 29 700 yen (təxminən 260 dollar) qiymətinə almaq mümkündür. Aksesuarın digər ölkələrdə təqdim ediləcəyi barədə heç bir məlumat yoxdur.

Son xəbərlər
Oxşar xəbərlər
X