Sony süni intellektə yönəlir və Cinemersive Labs startapını alır

Sony Interactive Entertainment kompüter görməsi və maşın öyrənməsi sahəsində ixtisaslaşan Böyük Britaniya şirkəti Cinemersive Labs-ın alınması ilə bağlı razılaşma əldə etdiyini açıqlayıb.

Şirkətin bildirdiyinə görə, bu addım vizual hesablama texnologiyalarının inkişafına və daha zəngin, immersiv oyun təcrübəsinin yaradılmasına yönəlib. Cinemersive Labs 2022-ci ildə təsis olunub və computer vision və machine learning sahəsində dərin təcrübəyə malik mütəxəssisləri bir araya gətirir.

Müqavilə tamamlandıqdan sonra startapın komandası Sony Interactive Entertainment daxilində fəaliyyət göstərən Visual Computing Group bölməsinə qoşulacaq. Komanda burada oyunlarda qrafika və vizual texnologiyalar üzrə qabaqcıl həllərin hazırlanması üzərində çalışacaq.

Xüsusilə, maşın öyrənməsinin qrafika keyfiyyətinin artırılması, render prosesinin optimallaşdırılması və oyunlarda daha yüksək vizual realizm səviyyəsinə nail olunması üçün tətbiqi nəzərdə tutulur.

PlayStation tərəfi hesab edir ki, bu inteqrasiya vizual texnologiyaların imkanlarını genişləndirəcək və platformanın interaktiv əyləncə sənayesində aparıcı mövqeyini möhkəmləndirəcək.

Şirkət həmçinin qeyd edib ki, Cinemersive Labs komandasının qoşulması ilə vizual hesablama və oyun texnologiyaları sahəsində mövqelərini daha da gücləndirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər