12 C
Baku
Saturday, November 16, 2024

“Sony” və “Honda” elektromobillərin birgə istehsalına başlayacaq

Yaponiyanın elektrik texnikası istehsalçısı “Sony Group” və avtomobil istehsalçısı “Honda Motor” elektrokarların birgə istehsalına başlayacaqlarını elan ediblər.

“Sony” və “Honda” rəhbərliyi Tokioda keçirilən mətbuat konfransında elektromobillərin ABŞ-dakı “Honda Motor” zavodunda istehsal olunacağını deyiblər. Sifarişlər 2025-ci ilin birinci yarısından qəbul ediləcək, tədarüklər isə 2026-cı ildən başlayacaq. Satışların əsasən internet vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Hər iki korporasiya hələ mart ayında “Sony Honda Mobility” adlı ortaq kompaniya qurduqlarını elan edib. Bu struktur çərçivəsində korporasiyaların potensialları birləşdiriləcək. “Honda Motor” avtomobil istehsalında öz nailiyyətlərini, “Sony Group” isə rabitə, elektron sensor, musiqi, video sahəsində ən son texnologiyalarını ortaya qoyacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər