10 C
Baku
Saturday, November 23, 2024

“Sony” Yaponiyada öz kriptobirjasını işə salır

Yaponiyanın “Sony” korporasiyası kriptovalyuta bazarına daxil olmaq planlarını açıqlayıb. Şirkət ötən il kriptovalyuta kreditoru “Amber Group”dan aldığı “Whalefin” kriptovalyuta birjasını yenidən işə salmağı planlaşdırır.

2022-ci ilin əvvəlində Sinqapurda yerləşən marketmeyker “Amber Group” Yaponiyanın tənzimlənən kriptovalyuta ticarət platforması “DeCurret”i satın alıb və adını “Amber Japan” olaraq dəyişib. Şirkətin aktivlərinə “WhaleFin” kriptovalyuta birjası daxildir.

Rebrendinq çərçivəsində “WhaleFin” “S.BLOX” adlandırılacaq və yeni istifadəçi interfeysi, eləcə də mobil proqram əldə edəcək.

Keçən il “PlayStation” istehsalçısı NFT-lərin təkmilləşdirilmiş imkanlara malik “super funksional əlamətlər” kimi oyunlarda istifadə edilməsinə imkan verən yeni texnologiyanı patentləşdirib.

Son xəbərlər
Digər xəbərlər