6 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Sony” yeni elektrikli krossoverini təqdim edib – Fotolar

“Sony” şirkəti “CES-2022” istehlak elektronikası sərgisində premyerası olan ikinci elektrik avtomobili “Vision-S 02”ni təqdim edib.sony vision s 02 10

Banker.az xəbər verir ki, yapon şirkətinin layihə üzrə tərəfdaşları avtomobilin platformasını və dizaynını hazırlayan “Magna Steyr”, eləcə də onu komponentlərlə təmin edən “Bosch”, “Continental”, “Qualcomm”, “Nvidia” və “ZF” olub.

sony vision s 02 05

Krossoverin ölçüləri aşağıdakı kimidir: uzunluğu – 4895 mm, eni – 1930 mm, hündürlüyü – 1651 mm. Avtomobil hər biri 272 at gücündə olan iki mühərriklə təchiz olunub, yəni sistemin pik gücü 544 at gücü təşkil edir.

sony vision s 02 04

Səs və jestlə idarə olunan media sistemində 5G bağlantısı var. Elektrikli avtomobilə uzaqdan qoşulma və digər yeni funksiyalar quraşdırılıb. Artıq aydındır ki, “Sony” nəqliyyat seqmentinin inkişafına ciddi yanaşır. Bununla belə, onun avtomobil modellərinin meydana çıxmasının dəqiq vaxtı hələ qeyd olunmayıb.

sony vision s 02 03 sony vision s 02 09

 

Son xəbərlər
Oxşar xəbərlər