21 C
Baku
Friday, April 26, 2024

Sorbonne universitetinin  yaranma tarixi

Sorbonne – Fransanın ən qədim və məşhur universitetidir. Bu universitetin tarixi 1215-ci ildən, Sena çayının sağ sahilində yerləşən kilsə kolleclərinin vahid Paris universiteti adı altında birləşdirildiyi bir vaxtdan başlayır. Təxminən 40 il sonra ruhani kral IX Lüdovik Rober de Sorbonun təşəbbüsü ilə universitet nəzdində yoxsul tələbələrə ilahiyyat tədris etmək üçün kollec yaradılır. Lap tezliklə kollec universitetin Sorbonne adlandırılan ilahiyyat fakultəsinə çevrilir.

1470-ci ildə Sorbonneda ilk Paris tipoqrafiyası yaradılır. Daha sonradan zəngin kitabxananın da yaradılması məhz bu dövrdə baş tutur. Qeyd edək ki, bu kitabxana üçün xüsusi bina inşa edilmişdi.

XVII əsrdən başlayaraq Paris universiteti tək ilahiyyat deyil, həmçinin Avropa fəlsəfi düşüncəsini özündə əsk etdirən Sorbonne fakultəsinin adı ilə adlandırılmağa başlayır.

home_3

XVII əsrdə kardinal Rişelye Sorbonne universitetini yeniləyib genişləndirsə də, 1789-cu ilin Fransa inqilabı səbəbi ilə 1791-ci ildə universitet başlanır və yalnızca 1821-ci ildə öz işinə yenidən başlayır. XIX-XX əsrlərdə universitet binası genişləndirilir və hazırda Sorbonne universiteti çox saylı auditoriya, amfiteatr, konfrans zalı, laboratoriya, kitabxana, iki muzey və s.ə sahibdir.

1968-ci ilin məşhur “may inqilabı” dövründə məhz Sorbonne universitetində qarışıqlı yaranmağa başlayır ki, daha sonradan bu ümumi tələbə tətilinə çevrilir. Bu tətil Fransa ali təhsil sisteminin yenidən yaranmasına səbəb olur. Bütün bu hadisələrin nəticəsində universitet hissələrə bölünür və bu hissələr ayrılıqda müstəqil universitet adını qazanır. Sorbonne universitetinin birbaşa varisləri I Paris – Panteon Sorbonne, III Paris – Yeni Sorbonne, IV Paris – Paris-Sorbonne universiteti, V Paris – Rene Decart adına universitet olur. Bütün bu universitetlər ümumi vahid sosial təyinatlı müəssisələr şəbəkəsi ilə əlaqəlidirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər