10 C
Baku
Wednesday, December 11, 2024

Sorğu: Müştərilər koronavirus pandemiyası ərəfəsində bankların göstərdiyi xidmətlərdən nə dərəcədə razıdır?

2 620 nəfər arasında aparılan sorğuya əsasən, müştərilərin koronavirus pandemiyası ərəfəsində bankların göstərdiyi xidmətdən nə dərəcədə razı olub-olmadıqları məlum olub.

Banker.az xəbər verir ki, bu barədə sorğu “Business Insight” tərəfindən aparılıb.

Bu aralar bank xidmətlərindən istifadə edənlərin (2 620 nəfərdən, yalnız 1 132 nəfəri bank xidmətindən istifadə edib) əksəriyyəti banklarda onlara göstərilən xidmətdən məmnun olduqlarını dilə gətiriblər.Xüsusilə kişilərin və yaşlı nəslin (41/70-yaş) bank xidmətlərindən daha çox məmnun olduğu müşahidə olunur.

Araşdırmaya əsasən, 30,9% bankların müştərilərinə göstərdiyi xidmətdən razı qalıb, 9,5% razı qalmayıb, 56,8% isə bank xidmətlərindən istifadə etmədiyi üçün məlumatım yoxdur cavabını verib.

Son xəbərlər
Digər xəbərlər