13 C
Baku
Friday, November 22, 2024

Sorğu: Ölkədə ipoteka kreditlərinə tələb düşüb, növbəti rübdən artacaq

Kredit fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn hәm daxili hәm dә İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) hesabına verilmiş ipoteka kreditlәri üzrә standartlarda cüzi sәrtlәşmә olub.

Banker.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrində qeyd edilir.

Banklar növbәti rüb әrzindә hәm daxili ipoteka, hәm dә İKZF hesabına verilәcәk ipoteka kreditlәri üzrә kredit standartlarında yumşalmaların olacağını proqnoz edirlәr.

2023-cü ilin son rübündә ipoteka kreditlәri üzrә tәlәb azalmışdır. Belә ki, bankların daxili ipoteka kreditlәri üzrә kredit tәlәblәrindә artım müşahidә edilsә dә, İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә kredit tәlәbindә azalma olmuşdur. Banklar 2024-cü ilin ilk rübündә ipoteka kreditlәrinә tәlәbin artacağını proqnozlaşdırırlar (әsasәn İKZF kreditlәri üzrә).

Qeyd edək ki, 31 yanvar 2024-cü il tarixinə Azərbaycanda ipoteka kreditlərinin həcmi artaraq 3 milyard 645.5 milyon manata yüksəlib.

234554433

Son xəbərlər
Digər xəbərlər